RU

Almaniya Rusiya ilə danışıqlara çağırıb

...Almaniyalı iqtisadçı, WKGE-nin sədri Ekhard Korde “Die Weltwoche” YouTube kanalına müsahibəsində Qərb ölkələriliderlərini dərhal Rusiya ilə Ukrayna üzrə danışıqlara başlamağa çağırıb.

O əlavə edib ki, əks halda planet çox çətin vəziyyətə düşə bilər. SİA bu barədə rus saytlarına istinad edir.

İqtisadçı ümidvar olduğunu bildirib ki, kollektiv Qərb hələ də danışıqlara ehtiyac olduğunu dərk edir.

Eyni zamanda, o, etiraf edib ki, buna meyllilik əlamətləri yoxdur.

...Düşünürəm ki, bu, bizi çox çətin vəziyyətə sala bilər. Bunu deyən Kordenin fikrincə, hazırda Rusiya ilə nüvə müharibəsinin başlanması ehtimalı yüz faizdən çox olsa da, sıfıra bərabər deyil.

O əlavə edib ki, Vaşinqton və Brüssel Moskva ilə dialoqa nə qədər tez başlasa, bir o qədər yaxşı olacaq.

Xatırladaq ki, Rusiya 2014-2022-ci illərdə Ukrayna böhranını diplomatik yolla həll etməyə çalışıb. Minsk və İstanbul danışıqları zamanı əsas fikir ayrılıqlarının aradan qaldırılması üçün sazişlər imzalanıb. Rusiya rəsmilərinin fikrincə, Qərb tərəfdaşları razılaşmalara hörmət etmədilər və onlardan məqsədlərinə çatmaq üçün istifadə etdilər.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
sia.az

1Источники