Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında bərk məişət tullantılarının idarə edilməsi üzrə tariflərə baxılıb. Yeniavaz.comxəbər verir ki, bərk məişət tullantılarının yığılması və daşınması xidməti üzrə tariflər aşağıdakı kimi müəyyən edilib: Bakı şəhəri üzrə: Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil). Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil). Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 3,60 manat və ya 1 ton üçün 16,40 manat. Digər regionlar üzrə: Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil). Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat (ƏDV daxil). Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 2,50 manat və ya 1 ton üçün 11,50 manat. Məlumat üçün bildirək ki, daha əvvəl bərk məişət tullantılarının yığılması və daşınması xidməti üzrə tariflər aşağıdakı kimi olub: Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 0,30 manat (ƏDV daxil). Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 10 manat və ya 1 ton üçün 45,50 manat (ƏDV daxil). Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 1,20 manat və ya 1 ton üçün 5,50 manat.