RU

Restoranda partlayış:5 nəfər ölüb, 63 nəfər yaralanıb

Türkiyənin İzmir şəhərininin Torbalı rayonunda restoranda baş verən partlayış nəticəsində 5 nəfər ölüb.

Bu barədə “İki sahil”  Türkiyə mətbuata istinadla xəbər verir.

Məlumata görə, hadisə zamanı daha 63 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, xilasedicilər və polis əməkdaşları cəlb olunub. Polis partlayışın baş verdiyi restoranın qarşısında təhlükəsizlik tədbirləri görüb.

Partlayış nəticəsində ətrafdakı 11 binaya da ziyan dəyib.

Избранный
146
19
ikisahil.az

10Источники