RU

İtaliya Futbol Federasiyası Spaletti ilə bağlı qərarını verdi: "Bu,fəlakət olacaq"

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti ən azı 2026-cı il dünya çempionatına qədər komandaya rəhbərlik etməyə davam edəcək.

Fanat.Az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəhbəri Qabriel Qravina leçirdiyi mətbuat konfransında bildirib.

"Sky İtalia" futbol funksionerinin dediklərini belə çatdırıb: “Spaletti bizim etibarımızdan bəhrələnir, əməkdaşlığımız 2026-cı ilə qədərdir. Təslim ola bilmərik, səviyyəni yüksəltmək və bu uşaqlarda ən yaxşısını ortaya çıxarmaq bacarığını bərpa etməliyik. Növbəti Dünya Çempionatına vəsiqə qazana bilməsək, bu, fəlakət olacaq”.

Xatırladaq ki, İtaliya yığması iyunun 29-da Avropa çempionatının 1/8 finalında İsveçrəyə uduzaraq (0:2) turniri tərk edib.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
fanat.az

1Источники