RU

Zelenski: ABŞ Ukraynanın NATO sammitinə dəvət edilməsinin tərəfdarı deyil

ABŞ Rusiya Prezidenti Vladimir Putini qıcıqlandırmamaq üçün Ukraynanın NATO-nun növbəti sammitinə dəvət edilməsinin tərəfdarı deyil.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “The Philadelphia Inquirer” nəşrinə müsahibəsində bildirib.

Zelensikinin sözlərinə görə, bu gün Ukraynanın NATO-ya üzvlüyü nə hazırkı Prezident Bayden, nə də ABŞ prezidentliyinə namizəd Donald Tramp tərəfindən dəstəklənmir.

“Biz başa düşürük. Ağ Ev bizlə bu barədə açıq danışır. Hər iki tərəfin fikirlərini bilirik və bu, onu deməyə əsas verir ki, bu gün hamı Ukraynanı NATO-da görmür”, - deyə Zelenski vurğulayıb.

Lakin Amerikanın bu siyasətini dəstəkləmədiyini diqqətə çatdıran Ukrayna Prezidenti bunu, geriyə gedən yol hesab edib.

Qeyd edək ki, iyulun əvvəlində Vaşinqtonda NATO-nun 75-ci sammiti keçiriləcək və burada Ukrayna da gündəmdə olacaq. Kiyev bu sammitdə Alyansa siyasi dəvət almaq istəyirdi, lakin ABŞ bunun baş verməyəcəyini açıq şəkildə bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
13
ikisahil.az

10Источники