RU

Zelenski: “ “Patriot” Ukraynanı bombalardan qorumayacaq”

Ukrayna prezidenti Volodimir Zelenski “Philadelphia Inquirer”-ə müsahibəsində deyib ki, Amerikanın “Patriot” zenit-raket sistemləri Rusiyanın idarə olunan bombaları ilə döyüşmək iqtidarında deyil.Elchi.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, hava bombalarının qarşısını almaq üçün ayda minlərlə “Patriot” raketi lazımdır, lakin Ukrayna Silahlı Qüvvələri onlardan yüzdən azını təmin edir. Üstəlik, hər biri təxminən 3 milyon dollara başa gəlir.Xatırladaq ki, iyunun 29-da ABŞ Ordusu “Lockheed Martin” şirkəti ilə “Patriot” üçün 870 raket istehsalı ilə bağlı müqavilə imzalayıb. Müqavilə bir neçə il davam edir və 4,5 milyard dollar dəyərində qiymətləndirilir.YeganəMənbə: RİA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
elchi.az

1Источники