RU

Sülh sazişinin imzalanmasına əsasən bu ölkə mane olur – SƏBƏB

Hazırda insanları düşündürən bir sual var: sülh sazişinin imzalanması hansı ölkə mane olur: Rusiya, ABŞ, ya Fransa?
ABŞ-ın mövqeyi budur ki, Azərbaycan Ermənistan konstitusiyanın dəyişdirilməsini tələb etmədən sülh sazişi imzalansın. Rəsmi Bakı üçün bu təklif keçərli deyil. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistan konstitusiyası dəyişməsə, sülh sazişi imzalana bilməz.

Fransa Ermənistanı davamlı şəkildə silahlandırır. Həmçinin siyasi-diplomatik münasibətlərdə də Paris Ermənistanı açıq şəkildə dəstəkləyir, Azərbaycana qarşı ədalətsiz mövqe tutur.

Rusiyaya gəlincə… Moskva Azərbaycana münasibətdə qırmızı xətləri keçmir. Sülhməramlıları Qarabağdan çıxardı, ölkəmiz əleyhinə bəyanat vermir, Ermənistanı dəstəkləmir. Əksinə, hazırda Moskva ilə İrəvanın münasibətləri həddən artıq gərgindir.

Bəs bu geopolitik mənzərə Bakıdan necə görünür? Azərbaycan üçün hansı ölkənin mövqeyi məqbuldur?

Mövzunu Globalinfo.az-a şərh edən deputat Bəhruz Məhərrəmov deyib ki, Vətən müharibəsindəki qələbəmizdən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında sülh prosesi başlanmış, ötən ilin 7 dekabr, habelə bu il aprelin 19-u və mayın 15-də imzalanan sənədlərlə bu proses uğurla davam edib.

Bəhruz Məhərrəmov

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq hüquqa və praktik əsaslara söykənən tələbi ilə proseslərin daha effektiv sürətdə irəliləməsi üçün sülh prosesi sərhədlərin delimitasiya və demarkasiyası məsələsindən ayrılıb və bu da nəticə etibarilə səmərəli yekunlara gətirib çıxarıb:

“Həmçinin Azərbaycan ötən 30 ilin acı təcrübəsinə əsaslanaraq Ermənistanla danışıqların vasitəçilər olmadan aparılması ideyasını irəli sürüb. Hazırda sülh gündəmi məhz vasitəçisiz davam etdiyi üçün müəyyən unikal imkanlara gətirib çıxarmaqdadır. Lakin təəssüf doğuran haldır ki, 3 il ərzində iki dəfə kapitulyasiya aktı imzalamasına baxmayaraq, hələ də Ermənistan dövləti və cəmiyyətində mövqe tutan bir sıra şəxslər, o cümlədən erməni kilsəsi revanş niyyətdən əl çəkmir. Onlar işğal dövrünün status-kvosunun bərpa ediləcəyinə ümidlə yaşayırlar. Bu prosesdə revanşist kəsimin əsas təhrikçisi erməni diasporu və ayrı-ayrı Qərb dairələridir. Xüsusən XXI əsrdə bəşəriyyət adına utanc sayılan neokolonializmin əsas dayaq nöqtəsi olan Fransa bu prosesdə fəallıq nümayiş etdirməkdə, Azərbaycan və Ermənistan arasında sülh prosesinə ciddi formada əngəl yaratmağa çalışmaqdadır”.

B.Məhərrəmov deyib ki, Fransanın Ermənistanın revanşist kəsiminə işğal niyyəti ilə ötən dövr ərzində verdiyi və bu gün də davam edən siyasi dəstəyi, habelə, bu ölkəni silahlandırması regionda yekun sülh qarşısında əsas əngəl kimi çıxış edir:

“Lakin bilirsiniz ki, Azərbaycan Prezidenti bütün müstəvilərdə Fransa neoimperializminə qalib gəlib, üstəlik, Fransanın özünün antibəşəri davranışlarını beynəlxalq qınağa məruz qoyub. Digər tərəfdən, ABŞ da Vətən müharibəsindən sonra, xüsusən antiterror tədbirlərinin ardınca radikal-aqressiv mövqe nümayiş etdirsə də, ABŞ Senatı və Nümayəndələr Palatasında, hətta ABŞ-ın xarici siyasət idarəsində Azərbaycan əleyhinə beynəlxalq hüquqa zidd mövqe sərginlənsə də, Azərbaycanın yaratdığı hərbi-siyasi reallıq Vaşinqton tərəfindən tədricən dərk edilir. Birləşmiş Ştatlar artıq anlamağa başlamışdır ki, bu bölgədə özünün siyasi, iqtisadi və ticari maraqlarını yalnız Azərbaycanın müəyyən etdiyi gündəlik əsasında təmin edə bilər. Məhz öz maraqlarından çıxış edərək ABŞ bu gün bölgədə heç bir əlavə şərt olmadan formal sülhün tərəfdarı kimi çıxış edir”.

Bəhruz Məhərrəmovun bildirib ki, Azərbaycan sülh prosesinin təşəbbüskarı olsa da, formal, sonradan çox asanlıqla pozula biləcək sülh sazişi imzalaya bilmərik:

“Azərbaycan Prezidenti haqlı olaraq Ermənistan parlamentində konstitusiyaya zidd şəkildə ratifikasiya olunacaq və yaxud ratifikasiyadan keçməyəcək sülh müqaviləsinin imzalanmasının əleyhinədir. Bildiyiniz kimi, Ermənistan konstitusiyasının 6-cı maddəsində belə qeyd var: “Ermənistan konstitusiyasına zidd heç bir beynəlxalq müqavilə parlamentdə ratifikasiya oluna bilməz”.

Bu gün Ermənistan konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiası olduğu halda sülh müqaviləsində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına dair heç bir vəd və öhdəlik hüquqi qüvvəyə malik deyil. Bu mənada, Azərbaycan haqlı olaraq ilk növbədə Ermənistanın referenduma gedərək konstitusiyadan müvafiq müddəaların çıxarılmasını tələb edir. Bakı bu prosesdə hüquqa, o cümlədən beynəlxalq hüquqa əsaslanır və mövqeyimizdə də israrlıyıq. Heç kim unutmamalıdır ki, hansı beynəlxalq subyektin nə tələb etməsindən asılı olmayaraq, bu regionda yekun söz sahibi məhz suveren iradə sahibi olan Azərbaycandır”.

Zaira Akifqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
turkustan.az

1Источники