Primorsk diyarının Ussuriysk şəhərində yeniyetmə göldə çimərkən yoxa çıxıb.
Bu barədə vilayət prokurorluğu məlumat yayıb.
“İyunun 30-da günorta saatlarında Ussuriysk şəhərinin Çiçerina küçəsində 2008-ci il təvəllüdlü yeniyetmə bu məqsədlə təchiz olunmayan su anbarında çimərkən suyun altına düşüb”, – məlumatda deyilir.
Bundan əvvəl Bryansk vilayətinin Krasnaya Qora kəndi yaxınlığında məktəb məzununun çayda boğulduğu məlum olub.
DOĞRU.AZ