RU

Villi Sanyol: “İspaniya yığması ilə oyuna ruhlanmışıq”

Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol AÇ-2024-ün 1/8 finalının İspaniya yığması ilə oyunu ərəfəsində gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, çox duyğusal bir məqam idi, çünki biz gözlənilməz olanı etdik. Biz çox xoşbəxtik. İspaniyanın bərpa üçün daha çox vaxtı vardı, amma bu, adi haldır – əminəm ki, futbolçularım yaxşıca bərpa olublar və sabah (artıq bu gün – redaktorun qeydi) meydana çıxmaq üçün ruhlanıblar. İspaniya yığması, şübhəsiz ki, hazırda yarışın ən yaxşı komandasıdır, amma bu oyunda fərqli bir ab-hava və mühit olacaq. Hər şey ola bilər. Yalnız özünüzü necə müdafiə edəcəyinizi düşünsəniz, uğur qazanmaq mümkünsüzdür. Yenidən, Portuqaliya yığması ilə oyunda (2:0) olduğu kimi çıxış edə biləcəyimizi göstərmək istəyirik”, deyə Villi Sanyol vurğulayıb.

Xatırladaq ki, AÇ-2024-ün 1/8 final mərhələsinin İspaniya – Gürcüstan oyunu bu gün, iyunun 30-da Kölnün “Reyn Energi” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
arena.az

1Источники