RU

Sabiq futbolçudan ''Qalatasaray'' və Türkiyə çempionatı haqda şok sözlər

''Qalatasaray''ın sabiq kot d'İvuarlı müdafiəçisi Emmanuel Ebue həmyerlisi Uilfrid Zaha haqda danışarkən şok ifadələr işlədib.

“Football-plus.az” xəbər verir ki, hazırda 41 yaşı olan Ebue İstanbul nəhəngində 2011-14-cü illərdə top qovub və iki çempionluq yaşayıb. O, Zahanın ''Qalatasaray''a gəlməklə səhvə yol verdiyini bildirib:
''Zaha ''Kristal Pelas''dan sonra ''Qalatasaray''a getməklə heç də doğru qərar vermədi. Mən Türkiyədə oynamışam. Ora adətən karyerasının sonuna yaxınlaşan futbolçular gedir. Amma Zahanın önündə hələ yüksək səviyyədə oynaya biləcəyi bir neçə il var idi. Buna baxmayaraq çox az izlənən bir çempionata getmək qərarına gəldi. ''Qalatasaray'' Türkiyənin son çempionudu. Amma heç kim bundan bəhs etmir. Onun nömrəsi məndə olsaydı, zəng vurub bəzi məsləhətlər verərdim. Ötən mövsümün sonlarına yaxın demək olar, oynamadı. İrəli gedə, inkişaf edə biləcəyi bir kluba keçməlidi. Karyerasında yeni səhifə açmaq istəyirsə, İspanyaya yollanmalıdı. Orda komandalar daha açıq oyuna üstünlük verir. Bu cür futbol Zahaya uyğundu''.


ƏLİ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
football-plus.az

1Источники