RU

DİM musiqi sənəti istiqaməti üzrə aşağıdakı komissiyalar üzrə qeydiyyatdan keçən abituriyentlərə müraciət edib

Musiqi sənəti istiqamətinin 71, 73, 74 və 96-cı qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən və imtahanlarını Bakı şəhərində verən abituriyentlər buraxılış vərəqələrini çap edə bilirlər.

DİM-dən APA-ya verilən məlumata görə, abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əsli, “İmtahana buraxılış vərəqəsi” və “Proqram forması”nı mütləq gətirməlidirlər.

Qeyd: 71, 73, 74 və 96-cı qabiliyyət imtahanı komissiyaları üzrə imtahan proqramı mütləq konsertmeysterin müşayiəti ilə ifa edilməlidir. Müşayiətsiz ifa qəbul edilmir.

Konsertmeysterlər buradan qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) aşağıdakı cədvəldə verilmiş qrafikə müvafiq olaraq hər imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

Qrafiklə buradan tanış ola bilərsiniz.

Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. Abituriyentlərə (subbakalavrlara) mütəmadi DİM-in saytını izləməyi tövsiyə edirik.

Избранный
55
2
apa.az

6Источники