RU

Modriç: “Komandam ilə fəxr edirəm”

style='margin-bottom:10px;'>

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Avro-2024-də mübarizəni başa vurduqdan sonra sosial şəbəkə hesablarında paylaşım edib.

QOL.az xəbər verir ki, o, uğursuz nəticələrə baxmayaraq, komandası ilə fəxr etdiyini yazıb:

“Xorvatiya millisinin forması ilə çox gözəl anlar yaşamışam. Amma komandamız bu Avropa çempionatında uğursuzluq yaşadı. Buna baxmayaraq,  milli komanda ilə fəxr edirəm. Çünki komandamızla fəxr etmək üçün məhz uğurlu nəticələrin qazanılması lazım deyil. Dəstəyinizə görə hamınıza təşəkkür edirəm!”

Qeyd edək, Xorvatiya millisi B qrupunda 2 xalla 3-cü yeri tutub və turnirlə vidalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
teleqraf.com

1Источники