RU

Sevgilisini öldürən 65 yaşlı kişi özünü palatanın pəncərəsindən atdı

Gəncədə qətl törədən şəxs intihar edib.

Publika.az xəbər verir ki, iyunun 26-da Gəncə şəhəri ərazisində 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanı qətlə yetirən Mahir Quliyev bu gün özünü müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsindəki palatasının pəncərəsindən ataraq intihar edib.

Qeyd edək ki, 1959-cu il təvəllüdlü Mahir Quliyev İlhamə Hüseynovanı bıçaqla qətlə yetirmiş, 1999-cu il təvəllüdlü Akif Ağalarova isə xəsarət yetirmişdi. Daha sonra isə özünü bıçaqlamışdı.

M.Quliyevin qısqanclıq zəminində bu hadisəni törətdiyi bildirilirdi. O, özünə xəsarət yetirəndən sonra xəstəxanaya yerləşdirilmişdi.

Избранный
159
1
publika.az

2Источники