Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a bildirilib ki, iyulun 1-də şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25°, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.