RU

İsveçrə millisi mötəbər yarışlarda yeni rekorda imza atdı

AÇ-2024-ün 1/8 finalında cari Avropa çempionu İtaliya yığmasını mübarizədən kənarlaşdırmış (2:0) İsveçrə millisi rekorda imza atıb.

Arena.az “Opta Sports” internet-portalına istinadən məlumat verir ki, İsveçrə yığması bu oyunda ötürmələrin 92%-lik dəqiqliyinə nail olub.

Bu da sözügedən komandanın 1996-cı ildən bəri mötəbər yarışlarda (Dünya və Avropa çempionatları) əldə etdiyi ən yaxşı nəticə – milli rekorddur.

Vurğulayaq ki, İsveçrə yığması AÇ-2024-ün ¼ finalında, İngiltərə – Slovakiya cütünün qalibi ilə oynayacaq.

Xatırladaq ki, İsveçrə millisi yarışda mübarizəsinə Macarıstan (3:1), Şotlandiya 1:1) və Almaniya (1:1) yığmalarının yer aldığı “A” qrupunda başlayıb və 5 xalla qrupda 2-ci yeri tutaraq, ələmə mərhələsinə çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
arena.az

1Источники