RU

ŞOK - Azərbaycanda məşqçi uşaqlarla söyüşlə danışır, pul alıb qaytarmır

FOTO ŞƏRTİDİR Saytımızın redaksiyasına daxil olan bu məktubu işıqlandırmaya bilməzdik. Təbii ki, yazan qadın adının anonim qalması istəyini nəzərə alaraq. Bir qadın valideyn ittihamlarla dolu məktubunda iddia edir: Mənim övladım futbola gedir. Uzun illərdir. Onun hazırda çıxış etdiyi komandanın məşqçisi məşqlərdə, oyunlarda daim bütün uşaqları təhqir edir, onlara ağır küçə söyüşləri söyür. Hətta bizrdən valideynləri də söyür. Amma rəhbərlik buna göz yumur. Bu özünü məşqçi adlandıran şəxs valideynlərdən külli miqdarda pul alıb qaytarmır. Hətta bəziləri artıq verdikləri pulu unutduqlarını deyirlər. Məndən də istəmişdi, təbii ki, razı olmadım. Məşqlər və oyunlar zamanı valideynlərə özünə müxtəlif içkilər aldırır. Onları uşaqların gözü qarşısında içir. Axı bunlar uşaqdırlar, həm də gələcəkdə futbolçu ola bilərlər, onlar belə məşqçidən nə örnək götürsünlər? Və bütün bu olanları klubun rəhbər şəxsləri görür, hər şey onların gözü qarşısında baş verir. Amma, tədbir görən yoxdur. Təbii ki, Azərbaycanda uşaq futbolunda xeyli çatışmamazlıqlar var. Yuxarıda qeyd olunanları edən "məşqçilər" də az deyil. Nə vaxt bütün bunlara son qoyulacaqsa, o zaman da inkişaf olacaq.скачать dle 10.4 UTF-8Forex для начинающих

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
sportfm.az

1Источники