RU

Noyerdən rekord

AVRO-2024-ün 1/8 finalında Danimarka yığmasını 2:0 hesabıyla məğlub edən Almaniya millisinin qapıçısı Manuel Noyer yeni nailiyyətə imza atıb.

Msport.az xəbər verir ki, 38 yaşlı qolkiper Avropa çempionatlarında 19-cu oyununu keçirib.

Bununla da qapıçı Almaniya millisinin heyətində Avropa çempionatlarında keçirdiyi oyunların sayına görə keçmiş yarımmüdafiəçi Bastian Şvaynştaygerin göstəricisini (18) keçərək yeni rekorda imza atıb.

Qeyd edək ki, hazırki Avropa çempionatında Noyer qrup mərhələsində üç oyun keçirib və iki qol buraxıb.

Избранный
51
1
msport.az

2Источники