RU

Belarusun Almaniyadakı səfiri Minskdə qəflətən vəfat edib - KİV-lər DTK-nın təzyiqindən yazır

"Səfirin ölüm şəraiti faciəlidir və Lukaşenkonun cinayət rejiminin təzahürüdür..."
 
"Bu günlər Lukaşenko Xarici İşlər Nazirliyinə "əl gəzdirib" və yeni nazirə "XİN-ə nəfəs verməyi" tapşırıb..."
 
Minskdə Belarusun Almaniyadakı sabiq səfiri Denis Sidorenko qəflətən dünyasını dəyişib.
 
Moderator.az xəbər verir ki, bu barədə "trtrussian.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, faciəli hadisə iyunun 23-də baş verib, rəsmi məlumat isə yalnız dünən, müstəqil KİV-lər məlumat yaydıqdan sonra üzə çıxıb. Belarus XİN bəyan edib ki, mərhumla vida mərasimi keçirilib.
 
"İstedadlı və məsuliyyətli diplomat, peşəkar və vətənpərvər insan olaraq, o, həm Belarusda, həm də onun hüdudlarından kənarda həmkarları və tərəfdaşlarının layiq olduğu nüfuz və hörmətini qazanıb", - Belarus XİN bəyanatında deyilir, ölümünün səbəbləri açıqlanmır.
 
"Naşa Niva" qəzetinin məlumatına görə, Sidorenko Minskdəki çoxmərtəbəli evin pəncərəsindən özünü ataraq intihar edib.
 
Nəşrin mənbələri danışıb ki, yazda Polşadan ezamiyyətdən dönərkən o, DTK-nın ciddi nəzarəti altında olub.
 
"Poliqraflar və dindirmələrdən başı açılmayıb, baş verənlərə tab gətirməyib" ("poliqraf" burada qəsdən yalan danışan adamın fiziki və ruhi halının müəyyən edilməsilə aparılan dindirmə mənasındadır-red.).
 
Belarusun Fransadakı sabiq səfiri, müxalifət lideri Svetlana Tixanovskayanın Birləşmiş Keçid Kabinetində müavini Pavel Latuşkonun fikrincə, Sidorenko güclü stres fonunda səhhətində yaranmış problemlərdən dünyasını dəyişib.
 
Diplomat 48 yaşında vəfat edib. Səkkiz il ərzində o, Almaniyada səfir işləyib, martın 11-də Aleksandr Lukaşenkonun fərmanı ilə vəzifəsindən azad edilib. Sidorenkonun iki qızı var.
 
"Denis Sidorenkonun ölüm şəraiti faciəlidir və Lukaşenkonun cinayətkar rejiminin təzahürüdür. Əgər DTK-nın ünvanına səsləndirilən ittihamlar həqiqətə uyğundursa, günahkarlar Avropa İttifaqının sanksiyaları siyahısına salınmalıdır", - bunu "Bild" nəşrinə müsahibəsində Bundestaqın deputatı Tomas Haker bəyan edib.
 
Xatırladaq ki, 2022-ci ilin noyabrında Belarus xarici işlər naziri, 64 yaşlı Vladimir Makey dünyasını dəyişib. Bir neçə mənbə onun ölümünə səbəb kimi intihar etdiyini deyib. Sonradan nəqliyyat naziri, 46 yaşlı Aleksey Avramenko intihar edərək həyatına son qoyub.
 
Qeyd edək ki, Lukaşenko bu günlər diplomatik korpusa "əl gəzdirərək", öz administrasiyası rəhbərinin müavini Maksim Rıjenkovu yeni XİN rəhbəri təyin edib və ona "XİN-ə nəfəs verməyi" tapşırıb.
 
Belarus müxalif KİV-lərinin iddia etdiyinə görə, əvvəki nazir Sergey Aleynik Moskvanın narazılığına səbəb olub və Sergey Lavrovla münasibətləri nizama sala bilməyib.
 
Belarusun Rusiyadakı səfiri də dəyişilib, bu vəzifəyə sabiq sənaye naziri Aleksandr Roqojnik təyin edilib. İstefaya göndərilən Moskvadakı səfir Dmitri Krutoy isə prezident administrasiyasının rəhbəri təyin edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
moderator.az

1Источники