RU

Fransada növbədənkənar parlament seçkiləri keçirilir

Bu gün Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilərin birinci turu keçirilir.

Publika.az xəbər verir ki, seçki məntəqələri əsasən yerli vaxtla saat 08:00-da açılacaq və saat 18:00-a qədər açıq olacaqlar.

Bununla belə, bəzi şəhər və departamentlərdə məntəqələrin açılış saatları dəyişə bilər. Xüsusən də Paris də daxil olmaqla böyük şəhərlərdə seçicilər yerli vaxtla saat 20:00-a qədər səs verə biləcəklər

Qeyd edək ki, təxminən 68 milyon 400 min əhalisi olan ölkədə 49,5 milyon fransız seçici səs verəcək. Onlar 5 il müddətinə Milli Məclisdəki təmsilçiləri olan 577 deputatı seçəcəklər.

4 min 9 deputatlığa namizədin mübarizə apardığı seçkinin birinci turunda 12,5 faiz və daha çox səs toplayan namizədlər iyulun 7-də keçiriləcək ikinci turda iştirak edə biləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
12
publika.az

10Источники