RU

Kanada millisi Amerika Kubokunda tarixi uğura imza atıb

Amerika Kubokunda ilk dəfə iştirak edən edən Kanada millisi tarixi uğura imza atıb.

“Report” “Copa America”ya istinadən xəbər verir ki, Şimali Amerika təmsilçisi ilk dəfə qatıldığı yarışda qrup mərhələsini adlayan üçüncü komanda olub.

A qrupunun üçüncü turunda Çili millisi ilə qolsuz bitən qarşılaşmadan sonra Kanada tarixində ilk dəfə 1/4 finalda iştirak hüququ qazanıb. Amerika Kuboku tarixində buna qədər yalnız Meksika (1993) və Honduras (2001) milliləri eyni uğura imza atıb.

Kanada həm də ABŞ, Meksika, Kosta Rika, Panama, Yamayka, Honduras, Haiti, Yaponiya və Qətərdən sonra Cənubi Amerika təmsilçisi olmayan və bu yarışda iştirak edən 10-cu komandadır.

Qeyd edək ki, Kanada Amerika Kubokunun A qrupunda Argentina, Peru və Çili komandaları ilə mübarizə aparırdı.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
4
cebheinfo.az

5Источники