RU

Bu gün daha iki matç var - AVRO-2024

Yazını böyüt
Yazını kiçilt

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/8 final mərhələsinin daha iki matçı baş tutacaq.

Hafta.az-ın məlumatına görə, əvvəlcə İngiltərə və Slovakiya komandaları üz-üzə gələcək.

İngiltərə millisi C qrupundan lider kimi növbəti mərhələyə yüksəlib. Slovakiya isə E qrupunda üçüncü olmaqla 1/8 finalda mübarizə aparmaq hüququ qazanıb. Helzenkirhendəki "Feltins Arena"da baş tutacaq matçın start fiti saat 20:00-da səsləndiriləcək.

AVRO-2024

1/8 final

30 iyun

20:00. İngiltərə - Slovakiya

Baş hakim: Halil Umut Meler (Türkiyə).

Helzenkirhen, "Feltins Arena".

23:00. İspaniya - Gürcüstan

Baş hakim: Fransua Leteksye (Fransa).

Köln, “Reyn Enerqi” stadionu.

Избранный
100
24
hafta.az

10Источники