RU

“Daha dəqiq oynasaydıq, məğlub olmazdıq”

“Son illərdə böyük komandalardan biri olduğumuzu göstərdik”. Bunu Danimarka millisinin baş məşqçisi Kasper Yulmann Almaniyaya qarşı Avro-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

O, məğlubiyyətin səbəbləri barədə danışıb: “Lakin çatışmayan cəhətlərimiz var. Daha çox qol imkanları yaratmalıyıq və əlimizə düşən fürsətləri boşa verməməliyik. Düşünürəm ki, daha dəqiq oynasaydıq, məğlub olmazdıq”.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində meydan sahiblərinə 0:2 hesabı ilə məğlub olan Danimarka turnirlə vidalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
futbolinfo.az

1Источники