RU

Astarada güllələnmə olub, bir nəfər ölüb

İyunun 29-da saat 22 radələrində Astara rayonunun Şüvi kənd sakini 1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Doğru.az-a verilən məlumata görə, şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi, 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov silahı ilə özünə xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

Избранный
47
10
dogru.az

10Источники