RU

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir - FOTO

Türkiyənin İzmir bölgəsində Səlcuq və Menderes rayonlarında dünəndən başlayan meşə yanğınlarını havadan və qurudan müdaxilə ilə nəzarət altına alınmağa çalışırlar.

APA TRT Haber-ə istinadən xəbər verir ki, Səlcuq-Kuşadası avtomobil yolunun yanındakı meşəlik ərazidə naməlum səbəbdən baş verən yanğın gecə boyu davam edib.

Dünən gecə hava qaralınca kəsilən hava müdaxiləsi günün erkən saatlarında vertolyot və təyyarələrlə davam etdirilib.

Çeşmə və Torbalı yanğınlarının isə artıq nəzarət altına alındığı bildirilir.

Türkiyədə Türkiyədə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
3
apa.az

4Источники