RU

Ölkədə polad tökmə istehsalı 40 faizədək artıb

Bu ilin yanvar-may aylarında ölkədə 150,4 min ton polad tökmə istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 33,9 faiz və ya 38,1 min ton çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, aprel ayı ilə müqayisədə mayda artım 8,9 faiz və ya 2,8 min ton təşkil edib. May ayında 34,4 min ton polad tökmə istehsal edilib.

Cari ilin iyun ayının 1-nə hazır məhsul ehtiyatı 14,2 min ton təşkil edib.

 

Избранный
84
1
valyuta.az

2Источники