RU

Özgür Özəl “Putinə görüşə gedirəm” dedi

Rusiya prezidenti CHP liderini Ərdoğanla danışıqları ərəfəsi niyə qəbul etsin ki?

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özəl gələn həftə Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını bildirib.

“Gələn həftə Avropanın sosialist partiyaları liderlərinin Buxarestdə keçiriləcək qurultayında iştirak etməyi planlaşdırıram... Rusiyaya, Pekinə gedəcəyik. Putinlə görüşəcəyik, biz də artıq dəvət almışıq və Çinə, eləcə də Braziliyaya gedəcəyik, orada prezident da Silva ilə görüşəcəyik”, - deyə, Musavat.com “RİA Novosti”yə istinadən xəbər verir.

WhatsApp

Yada salaq ki, Türkiyədə son bələdiyyə seçkiləri zamanı yaranmış vəziyyət ölkənin iki siyasi qüvvəsini - hakim Ədalət və İnkişaf Partiyası və CHP-ni münasibətlərin normallaşması prosesinin, konstruktiv dialoqun başlandığını elan etməyə məcbur etdi. Bunun üçün Türkiyə prezidenti, eyni zamanda AKP-nin sədri olan Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl xüsusi səy göstərdi.
Öz növbəsində normallaşma prosesi çərçivəsində Cümhuriyyət Xalq Partiyasının sədr müavinləri xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikay, milli müdafiə naziri Yaşar Gülər, eləcə də xəzinə və maliyyə naziri Mehmet Şimşəklə görüşlər keçiriblər.

Siyasi müşahidəçilərin fikrincə, Ərdoğanın normallaşma prosesində marağı daha çox hakim partiyanın mövqeyini qoruyub saxlamaqda deyil, xarici siyasət, yeni Konstitusiya məsələlərində müxalifətin dəstəyini almaqdır.

WhatsApp

Haqqın.az yazır ki, siyasi şərhçilərin fikrincə, təkcə sabiq CHP sədri Kılıçdaroğlu deyil, İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu da hakim partiya ilə dialoqun əleyhinədir. CHP son bələdiyyə seçkilərində nisbi qələbə qazandıqdan sonra yüksək əhval-ruhiyyədədir və “onsuz da hakimiyyətə gələcəyik, niyə hökumətlə əməkdaşlıq etməliyik?” havasında qalır. Bu arada AKP-nin siyasi ortağı Milliyyətçi Hərəkat Partiyası(MHP) lideri Dövlət Baxçalının Özgür Özəllə görüşü CHP düşərgəsində MHP-yə qarşı tənqid dalğası yaratdı ki, bu da daxili barışıq dinamikasını pozdu. Sonradan Özəlin MHP barədə ehtiyatsız bəyanatı müşahidəçilərin fikrincə, CHP liderinin Kılıçdaroğlu-İmamoğlu tandemi qarşısında geri çəkilmək məcburiyyəti kimi izah edildi. Bir neçə gün əvvəl isə partiyasının toplantısında Ərdoğan CHP-ni MHP-yə qarşı tutduğu mövqeyə görə kəskin tənqid edərək, bu partiya ilə müttəfiqliyin davam etdirilməsinin vacibliyini vurğulayıb. Həmin gün qrup toplantısında da Özgür Özəl daxili barış siyasətinin alınmayacağını bu cümlə ilə anons etdi: "İndi müzakirə etmək yox, döyüşmək lazımdır".

Bu sual da açıq qalır: Rusiya prezidenti CHP liderini Ərdoğanla Kazanda gələn həftə keçiriləcək BRİKS sammitində danışıqları ərəfəsi niyə qəbul etsin ki?

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
1
musavat.com

5Источники