Tropik Beril qasırğası Atlantik okeanında 1-ci kateqoriyaya çevrilib və sürətlə güclənəcəyi proqnozlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə şənbə günü ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, qasırğa daxilində küləyin sürəti təxminən 33 m/s təşkil edir ki, bu da Saffir-Simpson şkalası üzrə birinci kateqoriyaya uyğundur.
Beril Barbadosdan 1160 km cənub-şərqdə yerləşir və 35 km/saat sürətlə qərbə doğru irəliləyir.
Barbados hakimiyyəti fəlakət təhlükəsi barədə əhalini xəbərdar edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”