Almaniyada təşkil olunan Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başa çatıb.
Sportinfo.az xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda meydan sahibləri qələbə qazanıb - 2:0.
Hesabı 53-cü dəqiqədə penalti zərbəsindən Kay Haverts açıb. 68-ci dəqiqədə isə Camal Musiala fərqlənib.
1/4 finala yüksələn Almaniyanın rəqibi İspaniya - Gürcüstan cütünün qalibi olacaq.