RU

İsraildən İranın təhdidlərinə SƏRT CAVAB: "Bütün gücümüzlə vuracağıq"

"İsrail Livanın təhdidlərinə baxmayaraq, Livanın cənubundakı "Hizbullah" qüvvələrini bütün gücü ilə vurmağa davam edəcək".

Publika.az xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri İsrael Katz deyib.

Katzın sözlərinə görə, zərbələr yalnız "Hizbullah" Livanın cənubunu tərk etdikdən sonra dayandırılacaq, çünki yalnız bundan sonra İsrailin şimal sərhədində təhlükəsizlik bərpa olunacaq və sərhəd yaşayış məntəqələrinin sakinləri öz evlərinə qayıda biləcəklər.

Bundan əvvəl Tehran bəyan etmişdi ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) Livanda genişmiqyaslı əməliyyatına “məhv müharibəsi”nin başlanğıcı demək olacaq. İran nümayəndələrinə cavab olaraq, israilli nazir bildirilib ki “məhv olunmaq təhlükəsi ilə üzləşən bir rejim məhv edilməyə layiqdir"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
1
publika.az

2Источники