RU

Rusiya qoşunları Vilyanska hücum edib - 7 ölüb, 23 nəfər yaralanıb

Rusiya hərbçiləri Zaporojjya şəhəri yaxınlığındakı Vilnyansk şəhərini vurub.

“İki sahil” xəbər verir ki, bu barədə Zaporojjya Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov “Telegram”da məlumat verib.

Onun qeydlərinə görə, hücum nəticəsində 6 dinc sakin həlak olub, 8 sakin yaralanıb.

Onun sözlərinə görə, mühüm infrastruktur obyektinə, mağazaya və yaşayış binalarına ziyan dəyib.

Zərərçəkənlərə kömək etmək üçün bütün xidmətlər hadisə yerində işləyir.

Ukraynanın daxili işlər naziri İqor Klimenko isə “Telegram”da yazıb ki, saat 20:15-ə olan məlumata görə, hadisə nəticəsində 7 nəfər həlak olub, yaralananların sayı isə 4-ü uşaq olmaqla 18 nəfərə çatıb.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti “Facebook” səhifəsində məlumat yayaraq, saat 21:20-yə olan məlumata görə, yaralananların sayının 8-i uşaq olmaqla 23-ə çatdığını bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
ikisahil.az

1Источники