RU

Astarada güllələnmə nəticəsində bir nəfər ölüb

İyunun 29-da saat 22 radələrində Astara rayonunun Şüvi kənd sakini  1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov silahı ilə özünə xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb. 

Araşdırma aparılır.

Избранный
54
10
operativmedia.az

10Источники