AÇ-2024-ün 1/8 final mərhələsi üzrə keçirilən Almaniya - Danimarka oyunu (0:0) təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, "Siqnal İduna Park" ətrafında şimşəklər çaxıb, yağış yağıb. Bu səbəbdən baş hakim Maykl Oliver oyunu saxlayıb, futbolçular paltardəyişmə otağına yollanıb.

Daha sonra güclü yağış dolu ilə əvəzlənib. Görüntüləri təqdim edirik: