Astarada güllələnmə hadisəsi qeydə alınıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Şüvi kəndində baş verib.
Belə ki, kənd sakini 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirib.
Daha sonra o, özünə baş nahiyəsindən atəş açıb.
B.İsrafilov ağır vəziyyətdə Lənkəran rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov