RU

Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Borrell ilə tərəfdaşlıq məsələlərini müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Xorvatiyada keçirilən Dubrovnik Forumunda Avropa İttifaqının diplomatiya üzrə rəhbəri Josep Borrell ilə görüşüb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər “münasibətlərin əhəmiyyətli dərəcədə dərinləşdirilməsinə yönəlmiş addımları və müsbət perspektivləri” müzakirə ediblər. Mirzoyan və Borrell regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Bundan əvvəl Ermənistan Vaşinqtonda NATO sammitində tərəfdaş formatında keçiriləcək tədbirdə iştirak etməyə razılıq verib.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
dogru.az

1Источники