RU

MÜSİAD Azərbaycanın təşkil etdiyi yay düşərgəsi başa çatıb

Bakı. TurkicWorld

Azərbaycan Beynəlxalq Maarif Məktəblərində MÜSİAD Azərbaycan üzv uşaqları üçün təşkil olunan "Yaşıl Düşərgə" başa çatıb.

TurkicWorld xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşaviri Yurdagül Aydoğan, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə ölkə təmsilçisi Dr. Serdar Gündoğan, Vətən müharibəsi qazisi Polad Rzayev, düşərgədə iştirak edən şagirdlər və valideynləri iştirak edib.

Tədbirin bədii hissəsində şagirdlər "Şən Azərbaycan" mahnısı və "Uzundərə" rəqsini ifa ediblər. Daha sonra isə düşərgədə iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.

İkinci hissədə piknik proqramı düzənlənmiş, maraqlı oyunlar oynanmışdır.

Proqramda əməyi keçən başda Maarif Məktəbi olmaqla, Hədəf Qrupu Şirkətlərinə və Lingva Training Mərkəzinə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
2
turkic.world

3Источники