RU

Rusiyada ölüm hökmü bərpa oluna bilər

Rusiyada ölüm hökmü bərpa oluna bilər

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ölüm cəzasına qoyulan moratoriumun götürülməsi imkanının nəzərdən keçirilməsini təklif edib.

Bu barədə İstintaq Komitəsinin sədri Sankt-Peterburqda keçirilən Beynəlxalq Gənclər Hüquq Forumunun plenar sessiyasında bildirib.

O, ölkədə ağır cinayətlərin sayının artdığını qeyd edib və bununla bağlı ölüm hökmünün qaytarılması barədə düşünməyi təklif edib:

"Biz ölüm cəzasına qoyulan moratoriumun aradan götürülməsi imkanlarını nəzərdən keçirməliyik. Bəzi hallarda bundan istifadə edilməlidir", - komitə rəhbəri bəyan edib.

Eyni zamanda, A.Bastrıkin hesab edir ki, bunun üçün prezidentin fərmanı kifayətdir: "Bəzi ixtisaslı hüquqşünaslar mənə dedilər ki, Konstitusiyanın dəyişdirilməsinə ehtiyac var, referendum keçirilməlidir. Lakin hesab edirəm ki, ölüm cəzasına qoyulan moratoriumu sadəcə olaraq prezidentin fərmanı ilə aradan götürmək lazımdır", - o əlavə edib.(oxu.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
1
sonxeber.az

2Источники