RU

Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı - DƏHŞƏT

Gəncədə qonşuların davasının detalları məlum olub.   Belə ki, gecə saatlarında başlayan mübahisə zamanı iki nəfər ciddi, bir nəfər isə yüngül xəsarət alıb. Manset.az Oxu.az-a istinadən xəbər verir ki, dalaşan tərəflər arasında daha əvvəl də mübahisə olub. Budəfəki mübahisə söyüş səbəbindən daha ağır hal alıb. Belə ki, 29 yaşlı Pərviz Kazımov içərisində alışdırıcı maddə olan plastik qabı yandıraraq 27 yaşlı qonşusu Muraz Namazovun üzərinə atıb. Nəticədə M.Namazov və ona kömək etmək istəyən tanışları 31 yaşlı Eltəkin Zeynalov və 20 yaşlı Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı Yanıq Mərkəzinə təxliyə olunublar. Daxili İşlər Nazirliyinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən P.Kazımov saxlanılıb və o, istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
6
manset.az

7Источники