RU

Sərbəst güləş yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc qazanıb

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan 5 güləşçisi medal uğrunda mübarizə aparıb.

İsa Yusibov (65 kq) finalda Yasin Bersanukayevlə (AİN) qarşılaşıb. güləşçimiz 3:1 hesabı ilə qalib gələrək, Avropa çempionu olub.

Muxamad Qantemirov (110 kq) həlledici görüşdə Movsar Saydulayevlə (AİN) gücünü sınayıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatsa da rəqib idmançı sonuncu xal prinsipinə görə qalib elan olunub. Muxamed çempionatı gümüş medalla başa vurub.

48 kq çəki dərəcəsində yarışan Hacıhüseyn Hüseynov bürünc uğrunda Vladislav Lisitsa (AİN) ilə mübarizə aparıb. Tam üstünlüklə qalib gələn güləşçimiz çempionatı 3-cü pillədə başa vurub.

Hüseyn Hüseynov (55 kq) bürünc qazanmaq şansını qaçırmayıb. O, 3-cü yer uğrunda görüşdə Artyom Pavluçenkaya (AİN) qalib gəlib.

80 kq çəkidə yarışan Məhəmməd Abbaszadə bürünc uğrunda görüşdə Sahak Hovannisyana uduzub. Rəqib sonuncu xal prinsipinə görə qalib gəlib.

Qeyd edək ki, həlledici görüşlər sabah baş tutacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
2
idman.biz

3Источники