RU

Ölkəmizdə qadın sahibkarlığı necə inkşaf edir? 

Sahibkarlıq maliyyə, fiziki və sosial risklərlə birgə kifayət qədər zəhmət və zaman sərf edərək yeni dəyərin yaradılması deməkdir. Son vaxtlar iqtisadiyyatın bu sahəsində qadınların aktivliyi artan dinamika ilə inkişaf edir. Son 20 ildə isə iş dünyasında qadınların rolunun  və  artdığı göz önündədir. Bəs ölkəmiz qadın sahibkarlığının inkşafı üçün hansı işlər həyata keçirir? 

Sosial sahibkar Aynur Öz "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, Azərbaycanda qadınların nəinki sahibkarlıq, həmçinin öz inkişaf yollarında yetərli qədər dəstək göstərilir. Onun sözlərinə görə,

bunu  hətta sahibkarlıqla yaxından məşğul olmayan vətəndaşlar təsdiqləyə bilər: "Bir sosial sahibkarlıqla məşğul olan qadın sahibkar olaraq deyə bilərəm ki,  Sosial Sahibkarlıq nə cinsə, nə yaşa, nə irqə bölünməməlidir. Yəni bu, hər bir sahibkar vətəndaşımızın məsuliyyətinə daxil olmalıdır.

Dövlətimizin bizə göstərdiyi dəstək şirkətlər tərəfindən təşkil olunan maarifləndirici və məlumat verici təlim və seminarlardan ibarətdir". 

A. Öz onu da bildirir ki, bu tədbirlərin ən əsas tərəfi sahibkarların yeni bilik, təcrübə və netvörking qazanaraq daha da əmin addımlarla irəliləyə bilmələridir: "Düşünürəm ki, Sosial Sahibkarlığı şirkətlərə tanıtmaq, cəlb  və təbliğ etməkdə dövlətimiz gələcəkdə də uğurlu işlər görəcək".

Havar Şəfiyeva  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
yeniazerbaycan.com

1Источники