RU

Gəncədə avtomobillərin ötüşməsi - Qəza ilə nəticələndi

Gəncədə zəncirvari qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

“Mercedes”, “Chevrolet”, “VAZ2107” və “VAZ2106” markalı avtomobilləri hərəkətdə olan “Hundai” markalı avtomobil vurub.

İlkin məlumata görə, “Hundai” və “Chevrolet” markalı avtomobillər ötüşürmüş.

Hadisə zamanı xəsarət alan olmasa da, “VAZ2107” və “Chevrolet” markalı avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev




Избранный
60
1
qafqazinfo.az

4Источники