RU

"ABŞ-da demokratlar Baydenin seçkilərdə əvəzlənməsi barədə düşünür" - "The New York Times"

Baydenin çıxışı onun fəal və rəqabətli seçkiöncəki kampaniya aparmaq qabiliyyətində olması ilə bağlı şübhələr yaradıb
 
ABŞ prezidenti Co Bayden Donald Trampla debatlarda öz namizədliyinə yeni impuls yaratmağa və seçicilər arasında özünə dəstəyi artırmağa ümid edib. Lakib onun zəif və uzlaşmayan çıxışı demokratlar arasında təlaş dalğası yaradıb və onun ümumiyyətlə namizəd ola biləcəyi ilə bağlı diskusiyaları bərpa edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
 
Qeyd edilir ki, Baydenin çıxışı onun fəal və rəqabətli kampaniya aparmaq qabiliyyətinin olmasında şübhələr yaradıb. Özünün 81 yaşı ilə bağlı narahatlığını aradan qaldırmaq əvəzinə, Bayden bunu başlıca mövzuya çevirib.
 
"Aylarla prezidenti ona
şübhə ilə yanaşanlardan müdafiə edən demokratlar debatlar başlanandan bir neçə dəqiqə sonra bir-birilərilə qızğın telefon danışıqları aparıb və yazılı mesajlar göndərib.
 
Onların bəziləri praktiki olaraq məyusluq içində şok keçirdiklərini ifadə etmək üçün sosial şəbkələrə çıxıb, digərləri özəl qaydada öz aralarında müzakirə edib. Prezidenti daha cavan namizədin xeyrinə istefaya getməyə inandırmaq çox gec deyil ki?" - qəzet sual edib.
 
Demokratlardan biri bəyan edib ki, indi Bayden istefaya getməklə bağlı çoxsaylı çağırışlarla üzləşəcək.
 
"Partiyalar qalib gəlmək üçündür. Trampla səhnədə olan adam qalib gələ bilməz. Tramp qarşısında qorxu Baydenin ünvanına təbqidlərin qarşısını alıb, indi isə bu qorxu onun istefaya getməsi çağırışlarına sövq edəcək", - o, deyib.
 
Eyni zamanda Baydenin müşavirləri onun yarışmadan çıxacağı ilə bağlı istənilən gümanları rədd edir.
 
Belə ki, Baydeni əvəz edəcək mümkün namizəd kimi nəzərdən keçirilən vitse-prezident Kəmalə Harris onun müdafiəsinə qalxıb və bəyan edib ki, amerikalılar diqqətini Baydenin debatlarda çıxışlarına deyil, onun hakimiyyətdə olduğu dönəmdə ölkənin nailiyyətlərinə yönəltməlidir. Hərçənd, o, etiraf edib ki, "başlanğıc ləng olub, bu, hamı üçün aydındır".
 
Həmçinin Baydeni əvəz edəcək mümkün namizəd kimi xatırladılan Kaliforniya qubernatoru Hevin Nyusom namizədin dəyişilməsi barədə söhbətlərdən boyun qaçırıb.
 
"Mən heç vaxt prezident Baydendən üz döndərməyəcəyəm, mən partiyamda, xüsusilə bugünkü axşamdan sonra  bu cür davrana biləcək bir nəfər də demokrat tanımıram", - o, bəyan edib.
 
Bu zaman Mussuri ştatından sabiq senator Kler Makkaskill baş verənləri "böhran" adlandırıb.
 
"Co Bayden bu axşam bir şeyi etməliydi və o, bunu etmədi", - o, deyib.
 
"Onun icra etməli olduğu bir vəzifə vardı, bu da Amerikanı bu yaşında öz işinin öhdəsindən gələ biləcəyinə inandırmaq olub, bu gün o, bu vəzifənin öhdəsindən gələ bilməyib", - o, hesab edir.
 
Nəşr yazır ki, eyni zamanda vəzifədə olan prezidentlər tez-tez ilk debatlarda geriyə çəkilir, lakin bir çox hallarda növbəti güclü çıxışları ilə bunu kompensasiya edir. 
 
Lakin Baydenin problemi ondan ibatətdir ki, sentyabrın 10-dək başqa debatlar planlaşdırılmayıb, deməli, onun bir neçə ay ərzində öz vəziyyətini bərpa etmək imkanları olmayacaq.
 
ABŞ-da seçkilər-Bayden və Trampın debatları
 
KİV-lər yazır ki, ilk debatlar Bayden üçün fəlakətə çevrilib və demokrat tərəfdarlarını şoka salıb.
 
Prezident xüsusilə debatların əvvəlində zəif görünüb, sözləri səhv salıb, debatların gedişində vəziyyətin yaxşılaşmasına rəğmən, "təlaş artıq başlayıb".
 
Bu zaman Trampın debatlarda çox yalanlara və qeyri-dəqiqliklərə yol  verməsinə rəğmən, nəticədə bunun əhəmiyyəti olmayıb, Baydenin pis çıxışı hər şeyi kölgədə qoyub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
47
moderator.az

10Источники