RU

Tramp İsrailin "Dəmir Qübbəsi"nin Amerika versiyasını yaratmağa söz verib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sisteminin amerikan analoqunu yaratmağa söz verib.

"Operativ Media" xəbər verir ki, Tramp bildirib:

“Növbəti vəzifəmdə ölkəmiz üzərində böyük Dəmir Qübbə yaradacağıq. Bu, indiyədək heç kimin görmədiyi ən müasir raketdən müdafiə sisteminə malik qübbə olacaq”.

O, sistemin tamamilə ABŞ-da istehsal ediləcəyini vurğulayıb.

Qeyd edək ki, İsrail tərəfindən hazırlanan “Dəmir Qübbə” sistemi qısa mənzilli raketləri və artilleriya mərmilərini tutmaq və məhv etmək qabiliyyəti ilə tanınır.

Избранный
69
operativmedia.az

1Источники