RU

Darvin Nunyes Uruqvay millisində bir əsrlik rekordu təkrarladı

Amerika Kubokunda qrup mərhələsinin 2-ci turunun Boliviya ilə oyunu Uruqvay yığmasının hücumçusu Darvin Nunyes üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Nunyes Uruqvay yığmasının 5:0 hesabı ilə qalib gəldiyi matçda fərqlənməklə “seleste”nin heyətində qol silsiləsini 7 oyuna çatdırıb.

Beləliklə, Nunyes Uruqvay yığmasının keçmiş hücumçusu Ektor Skaronenin 1927-ci ilin avqustundan 1928-ci ilin iyununa qədər “seleste”nin heyətində 7 oyunluq qol silsilənə nail olduğu nəticəni təkrarlamış olub.

Bu qələbə sayəsində Uruqvay yığması “C” qrupunda vahid liderliyi ələ keçirib və ələmə mərhələsinə vəsiqəsini təmin edib.
Uruqvay millisi qrup mərhələsinin sonuncu, 3-cü turunda ABŞ yığması ilə qarşılaşacaq. Oyun iyulun 2-də baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 5:00-da başladacaq.

Darvin Nunyes 2022-ci ilin yayından İngiltərənin “Liverpul” klubunun formasını geyinir. O, həmin vaxt Portuqaliyanın “Benfika” klubundan 85 milyon avro qarşılığında Premyer Liqa nəhənginə keçmişdi.

Hücumçu ötən mövsüm İngiltərə klubunun heyətində 54 oyuna çıxıb, 18 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Liverpul” karyerası bütövlükdə 96 oyun, 33 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Darvin Nunyesin formasını geyindiyi klublar arasında “Benfika”, “Almeriya” və “Penyarol” da var.

Nunyes Uruqvay yığmasında 2019-cu ilin oktyabr ayında debüt edib. O, millidə 25 oyuna 13 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
arena.az

1Источники