RU

ABŞ vətəndaşları Baydenin namizədliyinin dəyişdirilməsini istəyirlər

ABŞ-də hazırkı Prezident Co Baydenin seçkidə namizədliyinin dəyişdirilməsi keçirilən sorğuda iştirak edən vətəndaşların 60%-i tərəfindən dəstəklənib.

Məlumata görə, bir çox ABŞ-li seçici hesab edir ki, Demokratlar Partiyası ölkənin hazırkı lideri Co Baydenin əvəzinə ABŞ prezidentliyinə başqa bir namizəd seçməlidir.

Onlar hesab ediblər ki, Bayden cümə axşamı televiziya debatında zəif çıxış edib.

Respondentlərin 45%-i Baydeni ABŞ-nin növbəti prezidenti kimi görməyə üstünlük verəcəyini bildirib, 44%-i onun əsas siyasi rəqibi, əvvəllər Vaşinqton administrasiyasının rəhbəri olmuş respublikaçı Donald Trampı dəstəkləyib. Tədqiqat iştirakçılarının 57%-i Trampın debatda Baydendən daha yaxşı çıxış etdiyinə inanır. Sorğu ABŞ-də təxminən 2000 şəxs arasında aparılıb.(oxu.az)


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
1
big.az

2Источники