RU

Demokratik Partiyasının donorları Baydenin dəyişdirilməli olduğunu deyirlər - "Bloomberg"

Demokrat Partiyasının donorları ABŞ prezidenti Co Baydenin debatdakı çıxışından sonra namizədin dəyişdirilməsinin lazım olduğu qənaətinə gəliblər. Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlumata görə, debatdan sonra donorlar “demokratlar üçün yeganə ümidin” Baydenin getməsi olduğu qənaətinə gəldiklərini bildirmək üçün “qəzəbli e-poçtlar” göndərməyə başladılar. Agentlik qeyd edir ki, debatdan sonra Vaşinqtondakı Demokratlar Baydenin yerinə kimin namizəd ola biləcəyini müzakirə ediblər. Tez-tez xatırlananlar arasında ABŞ-ın vitse-prezidenti Kamala Harris, Kaliforniya qubernatoru Qevin Nyusom və Miçiqan qubernatoru Qretçen Uitmar da var. "Bloomberg" məqaləsində müzakirələrdən sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Ağ Evə qayıtmaq üçün favorit” olduğu vurğulanır. ABŞ tarixində indiki və keçmiş prezident arasında ilk teledebat cümə axşamı Corciya ştatının Atlanta şəhərində keçirilib. Noyabrda keçiriləcək prezident seçkilərinə 4 ay qalmış iyun ayında ilk dəfə teledebatlar keçirilib. Müzakirə zamanı Bayden və Trumpa əvvəldən hazırlanmış mətinlərdən istifadə etmək qadağan edilib. Siyasətçilərin mikrofonları onlardan danışmaq tələb olunana qədər söndurulub. "CNN" artıq Baydenin çıxışının Demokratlar Partiyasının sıralarında çaxnaşma yaratdığını bəyan edib və "NBC" bunu demokratların “kollektiv intiharı” kimi qiymətləndirib. "Newsweek" jurnalı qələbəni Trampın qazandığını bəyan edib. Harris etiraf etdi ki, Bayden debat performansına zəif başlayıb. “The New York Times” qəzetinin redaksiya heyəti Baydeni seçki yarışında sonrakı iştirakdan imtina etməyə və yerini daha “enerjili” Demokrat namizədə verməyə çağırıb. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini alıb. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
bizimyol.info

1Источники