RU

Nazir: İsrailin Belqraddakı səfirliyi qarşısında polis əməkdaşı yaralanıb

Serbiyanın jandarm əməkdaşını İsrailin Belqraddakı səfirliyinin qarşısında hücuma məruz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə Serbiyanın daxili işlər naziri İvica Daçiç bildirib.

Onun sözlərinə görə, səhər yerli vaxtla saat 11:00 radələrində şəxsiyyəti müəyyən edilən naməlum şəxs İsrail səfirliyinin mühafizəsini həyata keçirən jandarm əməkdaşını arbaletdən güllələyib və onun boyun nahiyəsindən vurub: “Zabit özünümüdafiə məqsədi ilə silahdan istifadə edib. Nəticədə polisə atəş açan şəxs aldığı xəsarətlər nəticəsində öldüb”.

Daçiç bir neçə nəfərin profilaktika məqsədilə həbs edildiyini və Belqradda ümumi təhlükəsizliyin gücləndirildiyini bildirib: “Şübhə yoxdur ki, bu, Serbiya dövlətinə və jandarma üzvlərinə qarşı yönəlmiş terror aktıdır”.

O, yaralı zabitin xəstəxanada əməliyyat olunduğunu və xüsusi prokurorların işi öz üzərinə götürdüyünü deyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
ikisahil.az

1Источники