RU

Mirzoyan və Borrel arasında görüş baş tutub

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel ilə Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanmasını müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni nazirin Avropa diplomatiyasının rəhbəri ilə görüşü Dubrovnik Forumunda keçirilib.

Görüşdə Ermənistanın Aİ ilə tərəfdaşlığının gündəliyi məsələlərinə baxılıb. Həmsöhbətlər həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar, problemlərin güc yolu ilə həlli praktikasının mənfi nəticələri və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətin zəruriliyi qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
operativmm.az

1Источники