RU

Mansur Yavaş: Yaxın vaxtlarda Azərbaycana səfər etmək fikrindəyəm

Mansur Yavaş: Yaxın vaxtlarda Azərbaycana səfər etmək fikrindəyəm

Yaxın vaxtlarda Azərbaycana səfər etmək fikrindəyəm.

Bunu "Report"un Ankara bürosuna açıqlamasında Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş deyib.

Azərbaycanla Türkiyənin "Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq beynəlxalq aləmdə dostluğun rəmzi kimi tanındığını bildirən Mansur Yavaş bu nadir nümunənin bütün türk dünyasına müsbət təsirindən çox məmnun olduğunu ifadə edib.

"Azərbaycanla Türkiyənin qardaşlığı bütün türk dünyası üçün gələcək nəsillərimizə ən böyük mirasımızdır. Bu vəsilə ilə bütün azərbaycanlı qardaşlarımıza sayğı, sevgi və salamlarımı çatdırıram. Yaxın vaxtlarda qardaş ölkəyə getmək fikrindəyəm", - deyə o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
5
sonxeber.az

6Источники