RU

Ərdoğan iyulda NATO Liderlər Zirvəsinə QATILACAQ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında intensiv diplomatiya proqramı həyata keçirəcək.

Gundem.az türk mediasına istinadən xəbər verir ki, prezident Ərdoğan 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak edəcək.

O, iyulun 6-da ölkəmizdə Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək.

Prezident Ərdoğanın iyul ayında sıx diplomatik səfərlərinin ən əhəmiyyətli sütunlarından biri ABŞ olacaq. Ərdoğan 9-11 iyul tarixlərində ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək NATO Liderlər Zirvəsinə qatılacaq.

İyulda keçiriləcək sammitlərdə Ərdoğanın həmkarları ilə çoxlu ikitərəfli görüşlər keçirməsi planlaşdırılır. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində atılacaq addımların da müzakirə olunacağı zirvələrdə prezidentin ən mühüm gündəm maddələrindən biri Qəzza olacaq.

Sammitlərdə Rusiya-Ukrayna müharibəsi, terrorizmlə mübarizədə əməkdaşlıq, iqtisadi və ticari əməkdaşlıq da müzakirə olunacaq. (Sfera.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
11
gundem.az

6Источники