RU

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti “Təmiz ölkəm” aksiyası keçirilib - FOTO

29 iyun 2024-cü il tarixində Lənkəran şəhəri, H. Əliyev prospekti, Xəzər dənizinin çimərlik zolağında 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü və Lənkəran şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Hirkan Milli Parkı, Qızılağac Milli Parkı, 1 saylı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi, Cənub Regional Hidrometeorologiya Mərkəzi, o cümlədən Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi, Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi və Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsinin əməkdaşlarının birgə iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti “Təmiz ölkəm” aksiyası keçirilmişdir. 20 nəfərin iştirak etdiyi təmizlik aksiyasında Xəzər dənizinin 1 km-lik sahil zolağında 160 kq-a qədər bərk məişət və plastik tullantılar yığılaraq aidiyyəti üzrə Lənkəran rayonunda yerləşən tullantı poliqonuna daşınmışdır. 

Qeyd edək ki, bu cür ekoloji aksiyalar mövsüm boyu hər həftə davam edəcəkdir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
47
ekologiya.az

1Источники